BAKI, 17 sentyabr - Sputnik. “Təhsil haqqında” qanunun 11-ci maddəsinə (Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər) dəyişiklik təklif edilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, təklif edilən dəyişikliyə əsasən, qanuna yeni maddələr əlavə edilir.
Təklif edilən 11.6-cı maddəyə görə, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində və ya həmin müəssisələrin sərhədindən 150 metrdən az olan məsafədə yayılmasına yol verilmir.
Digər təklif edilən 11.7-ci maddəyə əsasən, təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsullarının qiymətləndirilməsi “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının təhsil haqqında qanunvericiliyinə uyğun aparılır.