Mətbuat mərkəzi

"SputnikPro" KİV-də informasiyaların verilməsinin sintetik formatları haqqında danışır

Rusiyalı media meneceri jurnalistikanın gələcəyi ilə bağlı öz baxışlarını azərbaycanlı jurnalistlərlə bölüşür
Sputnik

Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu Bakıda Azərbaycan KİV-lərinin nümayəndələri üçün növbəti "SputnikPro" modul layihəsini həyata keçirməyə başlayıb. 

Onlayn və çap KİV-lərinin jurnalistləri ilə görüşdə rusiyalı mediamenecer, internet-texnoloq, "Russia Today" BİA-nın Dövlət İnternet Layihələri Direktorluğunun direktor müavini İrina Kedrovskaya iştirak edir.

17 sentyabr saat 10:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində başlayan "SputnikPro" layihəsinin növbəti görüşü "KİV-də informasiyaların verilməsinin sintetik formatları: imkanlar və vasitələr" mövzusuna həsr olunub. Dinləyicilər bir çox coğrafi və müvəqqəti maneələri dəf etməyə, mövcudluq effektini yaratmağa imkan verən rəqəmsallaşdırma və multimedia imkanları ilə tanış olurlar.

İrina Kedrovskaya jurnalistlərlə iri miqyaslı internet layihələrinin konkret nümunələrini bölüşür.

"SputnikPro" - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir.

"SputnikPro" layihəsi 2018-ci ilin yazında Minskdə start götürüb və media ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Müxtəlif formatlarda mövcud olduğu dövr ərzində bu layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. "SputnikPro"-nun əyani master-klassları Azərbaycanda, Ermənistanda, Belarusda, Yunanıstanda, Gürcüstanda, Hindistanda, Çində, Qırğızıstanda, Türkiyədə və Estoniyada keçirilib.

"SputnikPro" Azərbaycanda 7-cı dəfədir həyata keçirilir.