BAKI, 17 sentyabr — Sputnik. Ermənistanın müdafiə naziri David Tonoyan və Respublikanın Polis rəisi Valeri Osipyan da Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəisi Artur Vanetsyandan sonra istefaya göndəriləcək.
"Təsadüfi deyil ki, Ermənistan Milli Məclisində ilk oxunuşda güc strukturlarının rəhbər vəzifəsinə namizədlərə dair dəyişikliklər qəbul olunub. Belə ki, bu dəyişikliklər baş nazirə polis rəisi, MTX rəhbəri postlarına nəinki həmin sahədən olan mütəxəssisləri, hətta 25 yaşı olan və ən azı 4 il daima Ermənistanda yaşayan istənilən Ermənistan vətəndaşını təyin etməyə imkan verəcək", - deyə materialda bildirilir.
Nəşr mənbələrə istinadən xəbər verir ki, Ermənistan MTX-nın direktoru postuna ən real namizəd Paşinyanın dostu – polis rəisinin müavini, polis qoşunlarının komandanı Vaqe Kazaryandır. Bundan əlavə, sabiq müdafiə naziri Vaqarşak Arutyunyanın da adı çəkilir.