CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səhnəmizin "Əjdaha"sı timsah yedi - VİDEO

Timsah ətini videoya çəkən Nadir ondan hazırlanan yeməyin də dadına baxıb. Yeməyin görüntüsünü paylaşan Qafarzadə dadlı olduğunu söyləyib
Sputnik

BAKI, 17 sentyabr — Sputnik. Müğənni Nadir Qafarzadə Çinə səfər edib.

Sputnik Azərbaycan xəbər verir ki, Çində istirahət edən sənətçi bir neçə şəhəri gəzib, qeyri-adi yeməklərin dadına baxıb.

Timsah ətini videoya çəkən Nadir ondan hazırlanan yeməyin də dadına baxıb. Yeməyin görüntüsünü paylaşan Qafarzadə dadlı olduğunu söyləyib: "Ötən gün timsahı göstərdim, indi isə onun ətindən daddım. Elə bilirsiniz dadsızdır? Çox dadlıdır. Bunlar xüsusi böyüdülmüş timsah və qurbağalardır, yırtıcı deyillər. Bir timsah əti yeməklə mənə heç nə olmayacaq".

Qeyd edək ki, "Maral, maral", "Darıxmışam", "Mənə söz ver", "Sən yanımda olanda" mahnılarının ifaçısı kimi sevilən müğənni şou-biznesdə “əjdaha” ləqəbi ilə tanınır.