MƏDƏNİYYƏT

Kinonu "dirçəltmək" üçün imtiyazları deputatlar müzakirə edəcəklər

Digər sahələrdə nəzərdə tutulan imtiyazların kinematoqrafiya sahəsinə də aid edilməsi onun inkişafına təkan verə bilər
Sputnik

BAKI, 17 sentyabr - Sputnik. “Kinematoqrafiya haqqında” qanun layihəsi hazırdır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Rafael Hüseynov deyib.

O, bildirib ki, digər sahələrdə nəzərdə tutulan imtiyazların kinematoqrafiya sahəsinə də aid edilməsi onun inkişafına təkan verə bilər: “Bununla əlaqədar müvafiq qurumlara müraciət etmişik. Müraciətlər müsbət həllini taparsa, qanun layihəsi tezliklə parlamentdə müzakirəyə çıxarılacaq”.