CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Qazax yolunda dəhşət: sərnişin ayaqsız qaldı

Evakuatoru idarə edən sürücünün yuxulaması nəticəsində avtomobil yolun kənarında dayanan “KamAZ” markalı avtomobilə çırpılıb. Sərnişinin ayaqları qopub
Sputnik

BAKI, 17 sentyabr — Sputnik. Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Təcili yardım maşınının qəzaya uğraması barədə açıqlama yayıldı

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə saat 04.30-da Bakı-Qazax magistral yolunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Evakuatoru idarə edən sürücünün yuxulaması nəticəsində avtomobil yolun kənarında dayanan “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə evakuatorda olan sərnişin, Gəncə sakini, 1980-ci il təvəllüdlü Dünyamalıyev Taleh Fərman oğlu ağır vəziyyətdə - ayaqlarının travmatik amputasiyası və travmatik şok diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib və əməliyyata götürülüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.