BAKI, 17 sentyabr — Sputnik. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Ermənistan və Azərbaycan xarici işlər nazirləri – Zöhrab Mnatsakanyan və Elmar Məmmədyarovun növbəti görüşü Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində baş tuta bilər.
Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
"Belə bir fikir var ki, BMT Baş Assambleyasının iclası çərçivəsində nazirlər səviyyəsində görüş təşkil edilsin", – deyə Hacıyev vurğulayıb.
O, qeyd edib ki, qarşıdakı danışıqlar zamanı Azərbaycanın mövqeyi həm ATƏT-in Minsk qrupunun həmsədrlərinə, həm də Ermənistan tərəfinə çatdırılacaq.
Hacıyev vurğulayıb ki, görüşün dəqiq vaxtı tərəflərin bu məsələni razılaşdırmasından sonra elan olunacaq.