FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Ey gözüm, ey canım, get məktəbə cavanım

Sputnik

Hər il sentyabrın 15-də Azərbaycanda Bilik günü qeyd olunur. Bu il 15 sentyabr bazar gününə düşdüyündən, bilik günü sentyabrın 16-da qeyd edilib. Səhər saat 8-də və 8:30-da respublikanın bütün təhsil ocaqlarına şagird və tələbə axını olub. Onları valideynləri və yaxın qohumları müşayiət ediblər. Birinci sinfə gedən balacaların isə həyəcanı ikiqat olub. Körpələrdən kimi ürəklə, kimi də göz yaşlarını axıdaraq balaca əllərində gül dəstələri, bellərində çantalar məktəblərə yollanıblar.

Təhsil Nazirliyinin verdiyi məlumata görə, 2019-2020-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq. Onlardan 714 259-u qız, 810 757-si isə oğlandır.

Ümumtəhsil məktəblərinin I sinfində 164 234, IX sinfində 122 043, XI sinfində isə 82 782 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Şagirdlərin ümumi sayı açıqlandı – Rekord rəqəm

Hazırda respublikada 322 ibtidai məktəb, 3 307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və yeddi əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 447 məktəb fəaliyyət göstərir.

Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi "İdman və sağlamlıq", V-IX siniflərdə "Mütaliə - mənəvi zənginliyə aparan yol", X-XI siniflərdə isə "Azərbaycan inkişaf yollarında" mövzularına həsr olunub.

Sputnik Azərbaycan 2019-2020-ci dərs ilinin ilk günündə paytaxt məktəblərindəki ab-havanı əks etdirən fotolenti təqdim edir.

1 / 19
145 nömrəli məktəbdə Bilik günü
2 / 19
145 nömrəli məktəbdə Bilik günü
3 / 19
145 nömrəli məktəbdə Bilik günü
4 / 19
145 nömrəli məktəbdə Bilik günü
5 / 19
145 nömrəli məktəbdə Bilik günü
6 / 19
145 nömrəli məktəbdə Bilik günü
7 / 19
145 nömrəli məktəbdə Bilik günü
8 / 19
145 nömrəli məktəbdə Bilik günü
9 / 19
145 nömrəli məktəbdə Bilik günü
10 / 19
145 nömrəli məktəbdə Bilik günü
11 / 19
145 nömrəli məktəbdə Bilik günü
12 / 19
145 nömrəli məktəbdə Bilik günü
13 / 19
145 nömrəli məktəbdə Bilik günü
14 / 19
145 nömrəli məktəbdə Bilik günü
15 / 19
145 nömrəli məktəbdə Bilik günü
16 / 19
145 nömrəli məktəbdə Bilik günü
17 / 19
145 nömrəli məktəbdə Bilik günü
18 / 19
145 nömrəli məktəbdə Bilik günü
19 / 19
145 nömrəli məktəbdə Bilik günü