BAKI, 16 sentyabr — Sputnik. Sentyabrın 16-da səhər saat 10:00-dan işlər başa çatanadək Yevlax, Ağdam, Bərdə və Tərtər rayonlarının bir neçə yaşayış məntəqələrində qaz təchizatı dayandırılacaq.
Bu barədə Sputnik Azərbaycan-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bu müddət ərzində Qaz İxrac İdarəsinin balansında olan "Yevlax-Naxçıvan" magistral qaz kəmərinin 9-cu km-də aşkar olunmuş qaz sızmalarının ləğvi və filtr-separatorun quraşdırılması işləri icra olunacaq.