MƏDƏNİYYƏT

“Avroviziya”da iştirakımız rəsmən təsdiqləndi

“Avroviziya” mahnı müsabiqəsi 12, 14 və 16 may tarixlərində Rotterdam şəhərində "Ahoy Arena"da keçiriləcək
Sputnik

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanın "Avroviziya-2020" mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib. Bu barədə Sputnik Azərbaycan-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən xəbər verilib.

Məlumatda deyilir ki, gələn il mayın 12-dən 16-dək Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı qeydə alınıb.

“Avroviziya” mahnı müsabiqəsi 12, 14 və 16 may tarixlərində Rotterdam şəhərində "Ahoy Arena"da keçiriləcək.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan "Avroviziya"nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.