CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsilə ayrılan vəsait "dodaq uçuqladır"

Ötən səkkiz ay ərzində təhsilə 173,2 milyon manat vəsait xərclənib. Əvvəlki ilin müvafiq dövründə isə bu rəqəm 146,5 manat olub
Sputnik

BAKI, 16 sentyabr — Sputnik. Bu ilin yanvar-avqust aylarında ölkəmizdə peşə, elmi və texniki fəaliyyət sahələrinə 47 milyon manat dövlət vəsaiti ayrılıb. Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 17,9 dəfə artıqdır. Bununla yanaşı, ötən səkkiz ay ərzində təhsilə 173,2 milyon manat vəsait xərclənib. Əvvəlki ilin müvafiq dövründə isə bu rəqəm 146,5 olub.

Qeyd edək ki, 2019-cu il üçün təhsil xərclərinə 2274.6 milyon manat ayrılıb. Təhsil xərcləri üçün ayrılan vəsaitin 1289.1 milyon manatı ümumi təhsil xərclərinin, 618.8 milyon manatı təhsil sahəsində digər müəssisələr və tədbirlərə (dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi ilə bağlı xərclər və bir sıra dövlət proqramları və tədbirlərin maliyyə təminatı və s.) ayrılıb. Bundan başqa təhsil pillələri üzrə ayrılan məbləğlər də burada yer alıb. Məktəbəqədər təhsil xərclərinə 233.8, orta ixtisas təhsilinə 44.8, ali təhsilə 46.1, ilk-peşə ixtisas təhsilinə 39.7 milyon, 2.2 milyon manat isə əlavə təhsilin maliyyələşdirilməsinə yönəldilir.