CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təcili yardım maşınının qəzaya uğraması barədə açıqlama yayıldı

Baş vermiş qəza ilə əlaqədar Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edən olmayıb. Xatırladaq ki, hadisə nəticəsində 2 nəfərin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.
Sputnik

BAKI, 16 sentyabr — Sputnik. Səhiyyə Nazirliyi (SN) Bərdədə təcili yardım avtomobilinin qəzaya uğraması ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, rayonun Qaradəmirçi kəndində çağırışa gedən Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb. Baş vermiş qəza ilə əlaqədar Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edən olmayıb. Xatırladaq ki, hadisə nəticəsində 2 nəfərin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, çağırışa gedən təcili yardım maşını "VAZ-2107" markalı avtomobillə toqquşub.