CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kamil Musəvi əməliyyat olunacaq - Birinci vitse-prezident xərcləri üzərinə götürdü

Musəvi: "Nəzərinizə çatdırım ki, 18.09.2019-cu ildə Bona Dea xəstəxanasında ağır əməliyyat olunacam"
Sputnik

BAKI, 16 sentyabr — Sputnik. Xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musəvi əməliyyat olunacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Kamil Musəvinin əməliyyat xərclərini üzərinə götürüb. Bu barədə Kamil Musəvinin özü "Facebook" sosial şəbəkəsindəki hesabında məlumat verib. "Əməliyyat xərclərimi qarşıladığı və bizi diqqətdən kənarda qoymadığı üçün Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Sağ olsun ki, qayğısını əsigəmir. Nəzərinizə çatdırım ki, 18.09.2019-cu ildə Bona Dea xəstəxanasında ağır əməliyyat olunacam".