Azərbaycan MDB ölkələrinin kəşfiyyat sammitində iştirak edəcək

Kəşfiyyat fəaliyyəti bağlı toplantıya Azərbaycanla yanaşı yeddi ölkədən olan nümayəndə heyətləri də gələcəklər
Sputnik

BAKI, 16 sentyabr — Sputnik. Rusiyanın Казань şəhəri sentyabrın 23-də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin illik toplantısına ev sahibliyi edəcək.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, kəşfiyyat fəaliyyəti bağlı toplantıda Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan olan nümayəndə heyətləri iştirak edəcəklər.

Müstəqil Dövlətlər Birliyi (MDB) keçmiş SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi dövlətlərarası birlikdir. Qərargahı Minsk şəhərində yerləşir. Təşkilat 1991-ci il dekabr 8-də yaradılıb.

Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya və Tacikistan MDB-yə hazırda üzv olan dövlətlərdir. Gürcüstan və Ukrayna müvafiq olaraq 2009 və 2014-cü illərdə təşkilatdan çıxıblar.