BAKI, 15 sentyabr - Sputnik. Sentyabrın 16-dan 22-dək ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 3-8 m/s, gündüz cənub-şərq küləyi 5-10 m/s. Havanın temperaturu gecə 16-20° isti, gündüz 24-27° isti təşkil edəcək.
Sentyabrın 17-də
Günəşli olacaq. Cənub-qərb küləyi 3-8 m/s sürətlə, gündüz arabir 12-15 m/s, axşam şimal-qərb küləyi 5-10 m/s sürətlə əsəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz 25-28° isti təşkil edəcək.
Sentyabrın 18-də
Dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi 10-15 m/s sürətlə, gündüz cənub küləyi 3-8 m/s, arabir 12-14 m/s sürətlə əsəcək. Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-29° isti təşkil edəcək.
Sentyabrın 19-da
Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-30° isti təşkil edəcək.
Sentyabrın 20-də
Dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-28° isti təşkil edəcək.
Sentyabrın 21-də
Dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir . Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-20° isti, gündüz 21-23° isti təşkil edəcək.
Sentyabrın 22-də
Dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərbküləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 21-23° isti təşkil edəcək.