RUSİYA

S-400-lərin Türkiyəyə göndərilməsinin ikinci mərhələsi başa çatıb

Nazirlikdən o da bildirilib ki, "S-400" zenit raket komplekslərinin komponentlərinin Türkiyəyə çatdırılmasına dair müqavilənin şərtlərinə və tərəflərin müddətlə bağlı razılığına uygun həyata keçirilib
Sputnik

BAKI, 15 sentyabr - Sputnik. Rusiya "S-400" zenit raket komplekslərininin Türkiyəyə göndərilməsininin ikinci mərhələsini başa çatdırıb.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, sentyabrın 15-də RF Müdafiə Nazirliyinin hərbi nəqliyyat aviasiyasına məxsus təyyarələr müqavilə öhdəliklərinin həyata keçirilməsi çərçivəsində komplekslərin Türkiyəyə çatdırılmasının ikinci mərhələsini başa vurublar.

Nazirlikdən o da bildirilib ki, "S-400" zenit raket komplekslərinin komponentlərinin Türkiyəyə çatdırılması üzrə bağlanmış müqavilənin şərtlərinə və tərəflərin müddətlə bağlı razılığına uygun həyata keçirilib.