BAKI, 15 sentyabr - Sputnik. Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə axşam saatlarında Qax-Qıpçaq yolunun 10-cu kilometrliyində, rayonun Keşqutan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü Mircəlal Kərim oğlu Nəsrullayevin idarə etdiyi 99-KX-126 dövlət qeydiyyat nişanlı, "Opel Vectra" markalı avtomobil meşə ərazisində lidarəetmədən çıxaraq aşıb.
Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.