CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xırdalanda uşaq 6-cı mərtəbədən yıxılıb

Altıncı mərtəbədən düşən uşaq təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin müştərək travması və çoxsaylı sınıqlar diaqnozu qoyulub
Sputnik

BAKI, 14 sentyabr — Sputnik. Abşeron rayonunda bədbəxt hadisə baş verib.

Bakının ortasında faciə: 3 yaşlı uşaq xəstəxanalıq oldu

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. 2014-cü il təvəllüdlü Nabat Xədicə Xəyyam qızı yaşadığı mənzilin eyvanından yıxılıb.

Altıncı mərtəbədən düşən uşaq təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin müştərək travması və çoxsaylı sınıqlar diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.