BAKI, 14 sentyabr — Sputnik. Rusiyalı jurnalist və teleaparıcı Kseniya Sobçak Konstantin Boqomolovla toyu zamanı insanların qarşısına korsetdə çıxıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu videogörüntülərdə "Instagram" səhifəsində Yelena Mozovaya bildirib.
Videoda görünür ki, gəlin əvvəlcə qara plaşda səhnənin ortasında katolik rahibələrin baş örtüyünü geyinmiş gənc insanların qarşısında olub. Daha sonra Sobçaka rəqqasələr yaxınlaşır, öncə özləri soyunur, sonra isə gəlinin üzərindəki plaşı atırlar. Məlum olur ki, toyun səbəbkarı korsetdədir və daha sonra rəqs etməyə başlayır.
Kseniya Sobçak və Konstantin Boqomolovun toyu cümə günü keçirilib. Cütlük VVAQ şöbəsinə üzərində "ölüm bizi ayırana qədər" yazılmış katafalk maşınında gəlib.
Xatırladaq ki, 2018-ci il Rusiyada keçirilən prezident seçkilərində Kseniya Sobçak Vladimir Putinin rəqiblərindən biri idi.