CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kəndlilərə yetmiş faiz güzəşt var: bircə qeydiyyat tələb olunur

Saratovka kəndində keçirilən satış zamanı 50 vətəndaş müraciət edərək 11,9 ton ammofos gübrəsi alıb
Sputnik

BAKI, 14 sentyabr — Sputnik. Sentyabr ayından etibarən "Aqrolizinq" ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Fermerlərin gübrə alması asanlaşdı - xüsusi sənədləşmə lazım olmayacaq

"Aqrolizinq" ASC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, ilk səyyar satış Şəmkirin ucqar dağ kəndi olan Ələsgərli, Yeni Göyçə, Çənlibel, Gədəbəyin Saratovka kəndində baş tutub. Sentyabr ayının 14-də Saratovka kəndində keçirilən satış zamanı 50 vətəndaş müraciət edərək 11,9 ton ammofos gübrəsi alıb. Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər. Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1652 çağrı mərkəzi və (+99451) 2559383 əlaqə nömrəsinə müraciət edə bilərsiniz.