CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış aparıcı saçını qayçıladı - VİDEO

Kəmalə Piriyeva: "Bir az əyri-üyrü oldu, amma sonra sən düzəliş edərsən", - deyə saç ustasına müraciət edib
Sputnik

BAKI, 14 sentyabr — Sputnik. ATV kanalının aparıcısı Kəmalə Piriyeva cəsarətli addım atıb. Sputnik Azərbaycan xəbər verir ki, o, kamera qarşısına keçərək saçını kəsib. Aparıcı bu görüntüləri əks etdirən videonu öz "Instagram" hesabında paylaşıb. Videoya fikirlərini əlavə edən K.Piriyeva: "Bir az əyri-üyrü oldu, amma sonra sən düzəliş edərsən", - deyə saç ustasına müraciət edib.

Qeyd edək ki, Kəmalə Piriyeva 2007-ci ildə ATV kanalında "Yeni ulduz 7" yarışında aparıcı kimi fəaliyyətə başlayıb. Daha sonra isə o, "Bizim səhər", "Xalq ulduzu", "CinemaAtv", "Atv maqazin", "Qaça-Qaç", "Piknik", "Mətbəx işi", "Azərbaycanın Səsi Bala" kimi verilişlərdə aparıcılıq edib. Bu illər ərzində o, aktrisalıq fəaliyyəti ilə də məşğul olub. İlk dəfə ATV-də yayımlanan "Sirr" serialında rol alan Piriyeva daha sonra "Sonuncu fəsil", "Miras", "Palata 106", "Vicdan haqqı", "Ər və arvad" seriallarında yaddaqalan obrazlar yaradıb.