CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərracda "su qiyməti"nə avtomobillər satılacaq

Hərraca ən ucuz qiymətə avtomobili Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsi təqdim edib
Sputnik

BAKI, 14 sentyabr — Sputnik. Bir neçə dövlət qurumu balansında olan istifadəsiz qalmış avtomobilləri satışa çıxarıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsinin 15 oktyabr tarixində keçirəcəyi hərraca ümumilikdə 14 avtomobil təqdim edilib.

Xarici dövlət nömrə nişanlı avtomobil sürücülərinə bəd xəbər
 Onlardan 7-ni Dövlət Gömrük Komitəsi, 3-nü isə Ədliyyə Nazirliyi təqdim edib. Dövlət Statistika Komitəsi, Mərkəzi Seçki Komissiyası, Əmlak Məsələləri Dövlət Komitəsi və Xaçmaz Rayon İcra Hakimiyyəti isə hərəsi hərraca bir avtomobil çıxarıb.

Hərraca ən yüksək qiymətə avtomobili Mərkəzi Seçki Komissiyası çıxarıb. MSK-nın təqdim etdiyi "İsuzu NHR55E" markalı yük avtomobili üçün 12 000 manat ilkin satış qiyməti müəyyən edilib. Hərraca ən ucuz qiymətə avtomobili isə Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsi təqdim edib. "Peugeot 406 ST" markalı avtomobil üçün müəyyən edilən qiymət cəmi 1 875 manat olub. Xaçmaz Rayon İcra Hakimiyyətinin hərraca təqdim etdiyi avtomobil qəzalı vəziyyətdə olsa da, qiyməti kifayət qədərdir. Belə ki, İcra Hakimiyyətinin təqdim etdiyi "Mersedes Benz S320" markalı avtomobil üçün müəyyən edilən ilkin satış qiyməti 5000 manatdan başlayır.