BAKI, 14 sentyabr — Sputnik. Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Özbəkistana şərab səfərləri 2019-cu ilin payızında MDB və yaxın ölkələrin enoqastronomik turları reytinqinə başçılıq edir.
Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "TurStat" məlumat yayıb.
Servisin ekspertləri populyarlıq və tədbirin unikallığına görə "ən dadlı" bayram və festivalların siyahısını hazırlayıb. Onlar Azərbaycanda keçirilən "Nar bayramı"na xüsusi önəm verirlər.
Belə ki, bu il nar bayramı 26 oktyabr – 7 noyabr tarixlərində keçiriləcək.
Festivalın proqramına nar yarmarkası, ondan hazırlanan şirə, Azərbaycan mətbəxinin təamlarının dequstasiyası, folklor, rəqs, mahnı qruplarının və idmançıların çıxışı, müsabiqələr daxildir.