CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daşkəsəndə qəza olub, yaşlı kişi komaya düşüb

1971-ci il təvəllüdlü Nizaməddin Hüseynov ağır kəllə-beyin travması alıb. O, koma vəziyyətində Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.
Sputnik

BAKI, 14 sentyabr — Sputnik. Daşkəsən şəhərində orta yaşlı kişinin xəsarət alaraq komaya düşüb.

Pirallahıda ağır qəza olub, ölən var

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, şəhərin mərkəzi bazarının yaxınlığında içərisində sürücüsü olmayan "Zil" markalı yük maşını anidən arxaya hərəkət edərək "VAZ-21011" markalı avtomobilə çırpılıb.

Nəticədə minik maşının sürücü, 1971-ci il təvəllüdlü Nizaməddin Hüseynov ağır kəllə-beyin travması alıb. O, koma vəziyyətində Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.