CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir güclü yağışa bənddir: bu ərazidə sürüşmə təhlükəsi var

Yağışlar normadan artıq düşərsə, gərginliyin qaldığı sahələrində lokal sürüşmələrin baş verəcəyi qaçılmazdır
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 sentyabr — Sputnik. Azərbaycanda sürüşmə sahələrində atmosfer çöküntüləri artdıqca gərginlik yarana bilər.

Bunu məcburən etsəniz də, qazanan sizsiniz...

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. O bildirib ki, yağış suları sürüşmə baş verən ərazilərdə aktivliyi artırır.

Mütəxəssisin sözlərinə görə, payız mövsümündə yağışlar intensivləşdiyi üçün ilk təhlükə sürüşmə zonalarında yaranır. Ə.Qaralov deyib ki, ötən həftə "Badamdar" sürüşmə sahəsinə baxış keçirilib, ərazidə yeni uçqunlar qeydə alınmayıb. Bununla belə, mütəxəssis Masazırda, Zəli gölü ətrafında 7 evin qəzalı vəziyyətdə olduğunu, sürüşmə sahəsində gərginliyin qaldığını bildirib. Onun sözlərinə görə, payız fəslində yağışlar normadan artıq düşərsə, gərginliyin qaldığı sahələrdə lokal sürüşmələrin baş verəcəyi qaçılmazdır.