CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər - FOTO

Təlimə Azərbaycan Ordusunun nümayəndələri ilə yanaşı, NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub
Sputnik

BAKI, 14 sentyabr — Sputnik. Azərbaycan Ordusunun hərbi qulluqçuları Almaniya Federativ Respublikasının "Hohenfels" təlim mərkəzində keçirilən "Saber Junction - 19" çoxmillətli briqada taktiki təlimində iştirak edirlər.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi təlimdə fəaliyyətlərlə bağlı tapşırıqlar dəqiqləşdirilir və təlimin şəxsi heyətinin təlimatlandırılması icra olunur.

Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər - FOTO

Qeyd edək ki, təlimə Azərbaycan Ordusunun nümayəndələri ilə yanaşı, NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.