BAKI, 14 sentyabr — Sputnik. Rusiyanın Yaroslav vilayətində sərnişin avtobusu yük maşını ilə toqquşub. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar idarəsindən məlumat verilib.
Hadisə nəticəsində 9 nəfər həlak olub, 20-dən çox şəxs yaralanıb. İlkin məlumatlara görə, sərnişin avtobusunda 30 sərnişin olub.
Qəzanın yük maşınının qarşı hərəkət zolağına çıxması nəticəsində baş verdiyi ehtimal olunur. Hadisə yerində İstintaq Komitəsinin əməkdaşları işləyirlər.