Pentaqon Trampa qarşı çıxdı, Suriyaya əlavə qoşun göndərilir

Hərbçilərin göndərilməsi Pentaqona ABŞ Prezidenti Donald Trampın Suriyadan ABŞ kontingentinin çıxarılması haqqında sərəncamını dayandırmağa imkan verəcək
Sputnik

BAKI, 13 sentyabr — Sputnik. ABŞ Müdafiə Nazirliyi Suriyanın şimal-şərqinə 150-yə qədər hərbçi göndərmək niyyətindədir. Bu barədə Sputnik Azərbaycan "The New York Times"-a istinadən xəbər verir.

Tramp ağzından qaçırdı, Pentaqon susdu

Məlumatda qeyd olunur ki, amerikalı hərbçilər Türkiyədən olan həmkarları ilə birgə bu regionu patrul edəcəklər.

Pentaqon bu qərarın  Suriya ərazisində Vaşinqton və Ankara arasındakı mövcud gərginliyi azaldacağına ümid edir.

Eyni zamanda, hərbçilərin göndərilməsi Pentaqona ABŞ Prezidenti Donald Trampın Suriyadan ABŞ kontingentinin çıxarılması haqqında sərəncamını dayandırmağa imkan verəcək.