Ərdoğana daha bir zərbə: Davudoğlu da AKP-dən getdi

Türkiyədə Əhməd Davudoğlunun rəhbərliyi ilə yeni partiya yaradılacaq. Məlumata əsasən, yeni partiyanın yaradılmasında baş nazirin sabiq müavini Əli Babacan da iştirak edəcək
Sputnik

BAKI, 13 sentyabr — Sputnik. Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasından istefa verib. Sputnik Türkiyə xəbər verir ki, bunu Davudoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"AKP-də hədəflərimizi gerçəkləşdirmək imkanımız qalmayıb, yeni bir siyasi hərəkat inşa edəcəyik" - deyə Davudoğlu vurğulayıb.

Ərdoğan nüvə silahı haqqında: "Mən bunu qəbul etmirəm"

Xatırladaq ki, iyulun 8-i Türkiyənin sabiq baş nazirinin müavini və xarici işlər naziri Əli Babacan qurucularından olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) sıralarından 18 il sonra istefa vermişdi.

Qeyd edək ki, daha əvvəl Türkiyə KİV-də yayılan məlumata görə, Türkiyədə Əhməd Davudoğlunun rəhbərliyi ilə yeni partiya yaradılacaq. Məlumata əsasən, yeni partiyanın yaradılmasında baş nazirin sabiq müavini Əli Babacan da iştirak edəcək.

Xatırladaq ki, Əhməd Davudoğlu 2014-cü ilin avqustundan 2016-cı ilin mayına qədər Türkiyənin baş naziri olub. Həmin müddətdə o, həmçinin Ədalət və İnkişaf Partiyasına rəhbərlik edib.