HADİSƏ

Pirallahıda ağır qəza olub, ölən var

Qəza nəticəsində xəsarət alan 3 nəfər isə Təcili Tibbi Yardım briqadasının həkimləri tərəfindən müayinə olunub
Sputnik

BAKI, 13 sentyabr — Sputnik. Pirallahı qəsəbəsinin girişində yük avtomobili ilə minik maşını toqquşub. Nəticədə, ağır xəsarət alan bir kişi elə hadisə yerindəcə dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən Sputnik Azərbayan-a verilən məlumata görə, qəza nəticəsində xəsarət alan 3 nəfər isə Təcili Tibbi Yardım briqadasının həkimləri tərəfindən müayinə olunub. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Yaralı Təcili Tibbi Yardım avtomobili ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.