İQTİSADİYYAT

Manatla bağlı gələn il üçün planlarınızı artıq qura bilərsiniz

Maliyyə Nazirliyi 2020-ci il üçün manat/ABŞ dolları məzənnəsinin hansı səviyyəsində olacağını açıqlayıb
Sputnik

BAKI, 13 sentyabr — Sputnik. 2020-ci il üçün manat/ABŞ dolları məzənnəsinin 1.7 səviyyəsində olması proqnozlaşdırılır.

Sputnik Azərbaycan bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

"Tədiyyə və ticarət balanslarındakı müsbət dinamika, monetar vəfiskal siyasətlərin sıx əlaqələndirilmiş şəkildə yürüdülməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək" - sənəddə deyilir.