İQTİSADİYYAT

Büdcə barədə əsas məlumatlar bilindi

Azərbaycanda gələn ilin dövlət büdcəsinin xərcləri 25 617,7 milyon manat məbləğində proqnozlaşdırılır
Sputnik

BAKI, 13 sentyabr — Sputnik. 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 484,0 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 316,0 mln. manat və ya 5,7 faiz çoxdur. Büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri (10536,5 mln. manat) 43 faiz, neft gəlirləri (13947,5mln. manat, o cümlədən Dövlət Neft Fondundan transfert 11767,5 mln. manat) isə 57 faiz təşkil edəcək.

Sputnik Azərbaycan bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

2020-ci ildə dövlət büdcəsinin xərcləri 25 617,7 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7mln. manat çoxdur.