HADİSƏ

Zaqatalada "narkotik ovu"

Nəqliyyat vasitəsinə baxış keçirilərkən 1 ədəd sellofan torbada 230 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb
Sputnik

BAKI, 12 sentyabr — Sputnik. Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları Balakən rayonu Poçtbinə kənd sakini Anar Mustafayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobili rayon ərazisində saxlayıblar. Həmin vaxt avtomobildə onun həmkəndlisi Bəhruz Qardaşov da olub. Nəqliyyat vasitəsinə baxış keçirilərkən 1 ədəd sellofan torbada 230 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.