İQTİSADİYYAT

Mənzillərin təmirsiz satışı niyə təhlükəlidir - ekspert şərhi

Ekspert Elnur Fərzəliyev deyir ki, binaların təmirsiz şəkildə vətəndaşlara satılmağı böyük yanlışlıqdır
Sputnik

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində 2019-cu ilin sentyabr, oktyabr və noyabr aylarında yeni yaşayış binalarındakı evlərin və kirayə mənzillərin qiymətlərində izlənəcək dinamika ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən ARB ümumrespublika telekanalının “Əmlak vaxtı” layihəsinin rəhbəri Elnur Fərzəliyev yeni tikililərdə mənzillərin təmirsiz satılması haqqında danışıb. O bildirib ki, binaların təmirsiz şəkildə vətəndaşlara satılmağı böyük yanlışlıqdır:

“Binanın bütün vacib insfrastrukturu qurulduqdan sonra təmir etmək üçün vətəndaşların ixtiyarına verilir. Bu isə həmin binanın daxili sistemində zədələnmələrə səbəb olur, təhlükəsizliyi təmin etmək mümkün olmur. əgər bu işlər tikinti şirkəti tərəfindən aparılsa, bu, vətəndaşlar üçün də rahat olar. Çünki bəzən vətəndaşlar mənzili tımir etmək üçün banklardan yüksək məbləğdə kredit götürməli olurlar. Başqa ölkələrdə mənzillərin təmirsiz satılması anlayışı yoxdur”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz