RUSİYA

Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi iyirmi üç faiz artıb

Rusiya Azərbaycan iqtisadiyyatına 4,7 milyard dollar yatırıb, Azərbaycan isə Rusiyaya 1,2 milyard dollar yatırıb
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 sentyabr — Sputnik. Rusiya və Azərbaycan arasında ticarət münasibətlərinin genişlənməsinə həsr olunan mətbuat konfransı keçirilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, tədbirdə ötən gün ərzində iki ölkə arasında bağlanan müqavilələrdən söz açılıb.

Rusiyanın Sverdlovsk vilayətinin nümayəndələrinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilir. Sputnik Azərbaycan-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu cür forumların rolundan danışıb. O, bildirib ki, bu əlaqələrin inkişafında Sverdlovsk vilayəti də vacib əhəmiyyətə malikdir: "Ötən gün Sverdlovsk vilayəti ilə Azərbaycan arasında bir sıra sənədlər imzalandı. Bu sənədlər arasında təhsil sahəsində imzalanmış müqavilələr də mühüm əhəmiyyətə malikdir".

"Bu ilin yeddi ayında iki ölkə arasında ticarət dövriyyəsi 23% artıb. Rusiya Azərbaycan iqtisadiyyatına 4,7 milyard dollar yatırıb, Azərbaycan isə Rusiyaya 1,2 milyard dollar yatırıb".

R.Məmmədov qeyd edib ki, ötən il Sverdlovsk vilayəti ilə ticarət 95 milyon dollar təşkil edib: "Bu il həmin rəqəmlərin 100 milyonu keçəcəyinə ümid edirik".

Bundan başqa tədbir çərçivəsində vurğulanıb ki, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 19% artıb və 2,5 mlrd ABŞ dollarını keçib: "Bu ilin 7 ayında isə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 23% artıb. Bu da olduqca böyük rəqəmlərdir. Azərbaycan və Rusiyanın Sverdlovsk vilayəti ilə ticarət dövriyyəsinin həcmi isə 2018-ci ildə 83% artıb və 95 milyon dollar təşkil edib".

Biznes forum çərçivəsində Yekaterinburq şəhərində Logistika mərkəzin yaradılması ilə bağlı Sverdlovsk vilayəti arasında anlaşma memorandumu imzalanacaq.