İQTİSADİYYAT

Azərbaycan nefti ucuzlaşdı

Neft bazarında bu gün baş verənlər Azərbaycan üçün yaxşı heç nə vəd eləmir
Sputnik

BAKI, 12 sentyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin qiyməti 1,48 dollar azalaraq 65,66 dollar olub.

"Brent" markalı neftin qiyməti 0,44 dollar artaraq 61,25 dollar, "Light" markalı neftin qiyməti 0,37 dollar bahalaşaraq 56,12 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.