BAKI, 11 sentyabr — Sputnik. Gənc azərbaycanlı aktrisa Pərvin Abıyevanın çəkildiyi yeni filmin tam treyleri yayımlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, aktrisa bu haqda öz "Instagram" hesabında paylaşım edib. "Nəhayət ki, "Hareket Sekiz" filmimizin tam treyleri hazırdır. 1 oktyabrda İstanbulda, 3 oktyabrda isə Bakıda çox möhtəşəm qala gecəmiz olacaq. Oktyabr ayının 3-dən etibarən hər birinizi filmimizə baxmağa dəvət edirik. Bütün komandaya təşəkkürlər".
Qeyd edək ki, aktrisa Pərvin Abıyeva, onun azərbaycanlı həmkarları İslam Mehrəliyev, Elcan Rəsul, tanınmış türkiyəli komediya ustası Kamal Sunalın (Şaban – red.) oğlu Əli Sunalla birgə "Hareket Sekiz" adlı komediya filmində rol alıblar. Film İstanbul və Bakıda lentə alınıb.