MƏDƏNİYYƏT

Tanınmış azərbaycanlı müğənni vəfat etdi

Şanson mahnıların bəstəkarı və mahir ifaçısı kim tanınan Behbud Kərimov "Xanım", "Ana doğma Vətənim", "Dojdik" kimi populyar mahnıları ilə yadda qalıb
Sputnik

BAKI, 11 sentyabr — Sputnik. Tanınmış azərbaycanlı müğənni Behbud Kərimov vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu haqda müğənni Sevda Əliqızı öz "Instagram" səhifəsində paylaşım edib. O, bildirib ki, bəstəkar-müğənni bu gün səhərə yaxın dünyasını dəyişib.

Qeyd edək ki, şanson mahnıların bəstəkarı və mahir ifaçısı kim tanınan Behbud Kərimov "Xanım", "Ana doğma Vətənim", "Dojdik" kimi populyar mahnıları ilə yadda qalıb.