Ermənistanda rusiyalı hərbçinin cəsədi tapıldı

Mənbə bildirib ki, qəfil ölüm hərbçidə daha əvvəl olan xəstəliyin kəskinləşməsi nəticəsində baş verib
Sputnik

BAKI, 11 sentyabr — Sputnik. Gümrü şəhərində Rusiyanın Ermənistanda olan 102-ci hərbi bazasının hərbçisinin cəsədi tapılıb. Bu barədə Sputnik Ermənistan "Shamshyan.com" nəşrinə istinadən xəbər verir.

Ermənistanda hərbçi öldü – Müəmmalı şəkildə

Daha əvvəl nəşr yazmışdı ki, Aleksandr Babuşkin adlı hərbçinin cəsədində cırmaq izləri olub.

Sputnik Ermənistan isə etibarlı mənbələrdən öyrənib ki, hərbçi özünü digər hərbçi yoldaşının yanında olarkən pis hiss edib. Daha sonra o, təcili tibbi yardım maşınında vəfat edib.

Mənbə bildirib ki, qəfil ölüm hərbçidə daha əvvəl olan xəstəliyin kəskinləşməsi nəticəsində baş verib.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Hərbi bazanın komandanlığı vəziyyəti nəzarət altında saxlayır.