BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Ruslan Əmirli həbs edilib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Yasamal rayon Məhkəməsi R. Əmirli barəsində 30 sutka həbs cəzası çıxarıb.
Ruslan Nəsirli İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə təqsirli bilinir.