CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün bir neçə yerdə qaz kəsiləcək

Dayandırmalara səbəb yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi, aşkar olunmuş qaz sızmasının ləğvi
Sputnik

BAKI, 11 sentyabr — Sputnik. Bu gün saat 10:00-dan Şamaxı rayonunun mərkəzində və 1 qəsəbəsində, Sumqayıt şəhərinin Kimyaçılar və Kotec qəsəbələrində, Xəzər bağları yaşayış sahəsində və bir neçə məhəllədə, saat 14:30-dan isə Ağstafa rayonunun bir hissəsində qaz təchizatı dayandırılır. "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumatda belə qeyd olunur.

Məlumata görə, buna səbəb yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi, aşkar olunmuş qaz sızmasının ləğvi, eləcə də qaz xətlərində təmir-sazlama işlərinin aparılmasıdır.