SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ukraynanın Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməzdir - Səfir

Kanevskinin sözlərinə görə, münaqişənin həll olunması üçün ölkə daha güclü və özünə əmin olmalıdır: "Hazırda dünyada güclülərə hörmət olunur"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 10 sentyabr – Sputnik. "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Ukraynanın mövqeyi davamlı və dəyişilməzdir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.

Səfir vurğulayıb ki, Ukrayna tərəfi mövqeyini dəfələrlə təsdiq edib: "Ölkələr daima bir-birlərini beynəlxalq təşkilatlarda dəstəkləyir və bu istiqamətdə Azərbaycan və Ukrayna arasında səmərəli dialoq mövcuddur".

Kanevskinin sözlərinə görə, münaqişənin həll olunması üçün ölkə daha güclü və özünə əmin olmalıdır: "Hazırda dünyada güclülərə hörmət olunur. Biz Azərbaycanı çiçəklənən və stabil görmək istəyirik".