MƏDƏNİYYƏT

Sami Yusufdan möhtəşəm “Sığmazam” kompozisiyası – VİDEO

"Nəsimi" adlandırılan ifa Sami Yusufun rəsmi "Youtube" kanalında paylaşılıb. Mahnı 14 saat ərzində 100 mindən çox baxış sayı toplayıb
Sputnik

BAKI, 10 sentyabr — Sputnik. Azərbaycan əsilli tanınmış ifaçı Sami Yusuf böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin "Sığmazam" qəzəlini özünəməxsus şəkildə ifa edib.

Tanınmış müğənni yerlilərindən incidi: “Bir daha Qax barədə danışmayacağam”

Sputnik Azərbaycan xəbər verir ki, qəzələ fərqli musiqi yazan müğənni onu xor və orkestri ilə birgə oxuyub.

Sənətçi mahnını Əməkdar artist Təyyar Bayramov və aşıq Samirə ilə birgə ifa edib. Onlar mahnının muğam hissəsini səsləndiriblər.

"Nəsimi" adlandırılan ifa Sami Yusufun rəsmi "Youtube" kanalında paylaşılıb. Mahnı 14 saat ərzində 100 mindən çox baxış sayı toplayıb.

Məlumat üçün bildirək ki, bu möhtəşəm ifa 2019-cu ilin 30 iyun - 10 iyul tarixlərində Bakı şəhərində keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində baş tutub. Tədbir Heydər Əliyev Mərkəzində keçirilib.