“Məhərrəm ayında ən əlamətdar hadisə Kərbəla hadisəsidir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Məşədi Dadaş məscidinin imamı, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.
“Hər il müsəlmanlar bu hadisənin ildönümünü qeyd edirlər. Bu İslam aləmində həm böyük faciə, həm də qəhrəmanlıq salnaməsidir. İmam Hüseynin Kərbəla hərəkatı insanı dəyərlər uğrunda savaş idi. Müsəlmanlar bu ayda xeyirxahlığa, fədakarlığa diqqət etməli, dəyərlərə bağlı olduqlarını əməlləri ilə sübut etməlidirlər. Məhərrəm ayının ilk on günündə oruc tutmaq bəyənilən əməldir. Bundan əlavə vermə aksiyaları təşkil olunur və bununla da Kərbəla hadisəsi yad edilir” - deyə o bildirib.
Qeyd edək ki, Məhərrəm ayı sentyabrın 1-də başlayıb. Məhərrəm ayının 10-cu günü, yəni Aşura sentyabrın 10-a təsadüf edib. Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçirilib.
Hacı Şahin Həsənlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz