SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tramp hökumətinin əsas fiqurlarından biri istefaya göndərildi

Donald Tramp xidmətinə görə Boltona təşəkkür edib və gələn həftə yeni müşavirin adını açıqlayacağını vurğulayıb
Sputnik

BAKI, 10 sentyabr - Sputnik. ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu istefaya göndərdiyini bildirib.

Tramp Twitter-də yazıb ki, ötən gecə Boltona Ağ Evin artıq onun xidmətlərinə ehtiyacı olmadğını deyib. 

"Mən onun təkliflərinin çoxu ilə qəti razı deyildim və Condan istefaya getməsini xahiş etdim. O da bu səhər istefa verib", - ABŞ Prezidenti qeyd edib.

O, xidmətinə görə Boltona təşəkkür edib və gələn həftə yeni müşavirin adını açıqlayacağını vurğulayıb.