"Bunlar mənim öz saçlarımdı" – Tramp yenə özünü təriflədi

Amerika liderinin saç düzümü artıq bir neçə dəfə sosial şəbəkələrdə müzakirə mövzusu olub
Sputnik

BAKI, 10 sentyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp yenə öz saç düzümünü ilə öyünüb.

Sputnik Azərbaycan "The Hill" nəşrinə istinadən xəbər verir ki, Şimali Karolina ştatında tərəfdarlarının qarşısında çıxışı zamanı Tramp saçlarının bir çox dostunun saçlarından yaxşı olduğunu bildirib.

"Bunlar mənim öz saçlarımdı. Ola bilər ki, onlar çox da gözəl deyillər, amma deyə bilərəm ki, həmyaşıd dostlarımın bir çoxunun saçlarından yaxşıdırlar. Olduqca yaxşıdırlar. Olduqca!" – Tramp vurğulayıb.

ABŞ və Rusiya "casus" iddialarına reaksiya verdilər

Qeyd edək ki, Amerika liderinin saç düzümü artıq bir neçə dəfə sosial şəbəkələrdə müzakirə mövzusu olub. Belə ki, bir çoxları onun saçının süni və ya köçürmə olduğunu iddia edirlər.

Məsələn, 2012-ci ildə məşhur müğənni Şer "Twitter" sosial şəbəkəsində Trampın saçlarının həqiqiliyinə şübhə etdiyini yazıb. Həmin vaxt adi biznesmen olmuş Tramp müğənninin bu iddiasına cavabında bildirib ki, Şerdən fərqli olaraq onun hər yeri təbiidir. Nəticədə, Şer Trampın şərikli sahibi olduğu "Macy"s" pərakəndə satış mağazalarından alış-veriş etməkdən nümayişkaranə şəkildə imtina edib.

Bundan başqa, inauqurasiya mərasimindən əvvəl Tramp bəyan edib ki, mərasim günü yağacaq yağış onu narahat etmir, çünki yağış sübut edəcək ki, onun saçları parik yox, əsldir.