CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik azyaşlılarla bağlı müraciət etdi

Ümumilikdə, 75 əməliyyatda 89 azyaşlı təhlükədən xilas olunaraq ailə üzvlərinə və yaxınlarına təhvil verilib
Sputnik

BAKI, 10 sentyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, son dövrlər Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə azyaşlıların mənzillərdə köməksiz vəziyyətdə bağlı qapı arxasında və liftdə qalması barədə daxil olan əməliyyat məlumatlarının sayında artım müşahidə edilir.

Müraciətdə deyilir: "Сari ilin iyul və avqust aylarında qaynar xəttə köməksiz vəziyyətdə qalan azyaşlılar barədə bağlı qapı arxasında qalma 42, liftdə qalma hadisəsi üzrə isə 33 əməliyyat məlumatı daxil olub. Ümumilikdə, 75 əməliyyatda 89 azyaşlı təhlükədən xilas olunaraq ailə üzvlərinə və yaxınlarına təhvil verilib.

Bu kimi hadisələrin sayının çoxalmasını, mənzillərdə balacaların həyatına təhlükə törədə biləcək açıq elektrik naqilləri, elektrik plitəsi, qaz sobası, açıq eyvan və pəncərələr, düşə biləcək ağır əşyalar, kimyəvi maddələr və s. kimi amillərin mövcudluğunu nəzərə alaraq, valideynləri körpə və azyaşlılara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırırıq".