MƏDƏNİYYƏT

Günel Zeynalova Brilliant Dadaşovanı təkrarladı – VİDEO

Azəri qızı Günel kimi tanınan 33 yaşlı Günel Zeynalova uzun illərdir Türkiyədə müğənni kimi fəaliyyət göstərir
Sputnik

BAKI, 10 sentyabr — Sputnik. Türkiyədə fəaliyyət göstərən həmyerlimiz, tanınmış müğənni Günel Zeynalova sosial şəbəkədə maraqlı paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, Brilliant Dadaşovanın repertuarına yenidən müraciət edən müğənni bu dəfə "Maç-maç, quc-quc" mahnısını ifa edib. O, yeni ifası ilə bağlı yazıb: "İllər öncə oxunmuşdu. Arxivimi axtardım. Brilliant xanım var olun, öpürəm sizi. Uğur hamımızın uğurudur, məni sevənləri sevindirir, istəməyənləri məhv edir. Səsimizlə, sənətimizlə adımızı, məsləyimizi qısqananları məhv etməyə davam edək. Sizi qucaqlayıram. Sizlər üçün çox darıxmışam”.

Qeyd edək ki, Azəri qızı Günel kimi tanınan 33 yaşlı Günel Zeynalova uzun illərdir Türkiyədə müğənni kimi fəaliyyət göstərir.