CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Aşura" ilə əlaqədar tədarük olunan qanın həcmi açıqlandı

"Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyasında 5 719 nəfər nəfər könüllü olaraq qan verib
Sputnik

BAKI, 10 sentyabr — Sputnik. Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyasında 5 719 nəfər nəfər könüllü olaraq qan verib. Bu barədə Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib.

Nazirlikdən qeyd edilib ki, saat 16:30-a olan məlumata əsasən, bu şəxslərdən 2573 litr qan tədarük olunub. Qeyd edək ki, Aşura günü 28 şəhər və rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayıb. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.