FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Aşura günü: İnanclı insanlar paytaxt məscidinə toplaşdılar

Sputnik

Bu il Aşura günü sentyabr ayının 10-a təsadüf edir. Məhəmməd peyğəmbərin nəvəsi Hüseyn bin Əlinin Kərbəla şəhəri yaxınlığında qətlə yetirilməsi ilə bağlı olan bu matəm Məhərrəm ayının ilk on günlüyündə qeyd olunur. Matəm mərasimləri Aşura günündə kulminasiyaya çatır. Səhər tezdən inanclı insanlar paytaxt məscidlərinə toplaşaraq namaz qılır, imamın xatirəsini yad edir və matəm rituallarını yerinə yetirirlər.

AR Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə son illərdə Azərbaycanda Aşura günü kütləvi qanvermə aksiyası keçirilir. Arzu edən hər kəs donor qismində müvafiq şəraitin yaradıldığı məscidlərə gedərək qanvermə aksiyasına qoşula bilər. Toplanan qan ehtiyatları ehtiyacı olan xəstələrə yönəldilir.

Məhərrəm ayında münaqişələr, müharibələr və istənilən halda qan axıtmaq qadağandır. İslama görə, möminlər bu ayı tövbə və ibadətdə keçirməli, Uca Yaradandan bağışlanmalarını diləməlidirlər.

1 / 10
Aşura günü: İnanclı insanlar paytaxt məscidinə toplaşdılar
2 / 10
Aşura günü: İnanclı insanlar paytaxt məscidinə toplaşdılar
3 / 10
Aşura günü: İnanclı insanlar paytaxt məscidinə toplaşdılar
4 / 10
Aşura günü: İnanclı insanlar paytaxt məscidinə toplaşdılar
5 / 10
Aşura günü: İnanclı insanlar paytaxt məscidinə toplaşdılar
6 / 10
Aşura günü: İnanclı insanlar paytaxt məscidinə toplaşdılar
7 / 10
Aşura günü: İnanclı insanlar paytaxt məscidinə toplaşdılar
8 / 10
Aşura günü: İnanclı insanlar paytaxt məscidinə toplaşdılar
9 / 10
Aşura günü: İnanclı insanlar paytaxt məscidinə toplaşdılar
10 / 10